Məhərrəmov Ceyhun
- sumgayit69teatr
- 7 янв. 2012 г.
- 1 мин. чтения

Məhərrəmov Ceyhun Adışirin oğlu1973-cü ildə anadan olub. 1992-ci ildə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Bədii xalq yaradıcılığı” fakultəsinə qəbul olunub, 1997- ci ildə “Teatr kollektivinin rejissoru” ixtisasını almışdır. 1997-98-ci illərdə Şəki teatrında, 1999-cu ildən isə H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktyor işləyir. Sumqayıt teatrında 30-a yaxın rol oynayıb. Onlardan: Əhməd (C.Məmmədquluzadə “Danabaş kəndinin əhvəlatları”), Vüqar (Ə.M.Lələdağ “Tələ”), Ardem (Ə.M.Lələdağ “Dağlarda tufan”), Xidmətçi (Ş.Qurbanov (Milyonçunun dilənçi oğlu”), Qarğa (G.Xuqayev (Bir köpək vardı”), Kamal (K.Həsənov (Sehirli yaylıq”), Cəsus (F.Məhərrəmov “Oğuzlar”), Nağı (M.İbrahimov “Yaxşı adam”), Vaqıf (M.Haqverdiyev (Fədakarlıq”), Meymun (M.F.Axundov “Hekayəti xirs quldurbasan”), Krisk (Ç.Aytmatov “Ümid sahili”), Yapon xoruzu (A.Şaiq “Tülkü həccə gedir”), Vaqıf (M.Haqverdiyev “Fədakarlıq”), Pəhləvan (Əli Əmirli “Varlı qadın”), Meymun (A.Şaiq “Qaraca qız”) və s.göstərmək olar. C.Məhərrəmov “Lider” telekanalında bir çox proyektlərdə çəkilmişdir. Rəşad Mehdiyevin çəkdiyi “Bomba” filmində Pols serjantı, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Kuklalar” filmində çəkilmişdir.
Comments