top of page

Valeh Kərimov- xalq artisti


Valeh Kərimov- xalq artisti 1944-cü il mart ayının 20-də, Cənubi Azərbaycanın Miyana şəhərində dünyaya gəlib. 1969-cu ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirdikdən sonra öz aktyor taleyini həmişəlik olaraq Sumqayıt Teatrı ilə bağlayıb. 1990-cı ildə respublikanın Əməkdar Artisti, 2000-ci ildə isə Respublikanın xalq artisti fəxri adına, habelə, Prezident mükafatına layiq görülüb. 1990-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. V.Kərimov həm də rejissor kimi də fəaliyyət göstərir. Teatrda işlədiyi dövrdə 70-ə yaxın obrazlar yaratmışdır. Onlardan: M.F.Axundov “Müsyo Jordan və dərviş Məstəli şah” – Qonaq, C.Cabbarlı “Sevil” – Balaş, A.Məmmədov “Yadındamı?” – Zaur,N.B.Vəzirov “Müsibəti Fəxrəddin” – Fəxrəddin, S.Rəhman “Toy” – Surxay, Y.Əzimzadə “Nəsrəddin” – Nəsrəddin, G.Xuqayev “Elbrus evlənir” – Elbrus, Albadam, R.İsmayılov “Ülviyyə” – Qədim, S.S.Axundov “Tamahkar” – Hası Murad, İ.Coşğun “Komsomol poeması” – Gəray bəy, Molyer “Skapenin kələkləri”- Silvestr, N.Hikmət “Demoklisin qılıncı”- Komisyolçu, Anar “Adamın adamı” – İbiş İbişli, M.Lermantov “Maskarad” – Sprixt, C.Cabbarlı “Vəfalı Səriyyə” – Məhərrəm, N.Qoqol “Müfəttiş” – Xlestakov, M.F.Axundov “Lənkəran xanının vəziri” – Vəzir, V.Səmədoğlu “Bəxt üzüyü” – Moşu, R.N.Güntəkin “Bir gecəlik ər” – Hilmi, V.Şekspir “Hamlet”/ mono- tamaşa/ – Hamlet, Ə.Qiyas “Qarışqa yuvası” – Qafar, T.Vəliyeva “Mənim ağ göyərçinim” – Hərbçi vəs. Quruluş verdiyi tamaşalar: S.S.Axundov “Tamahkar” -10.02.1974 və 25.04.1993, İ.Məlikzadə “Gəl qohum olaq”- 08.12.1997, K.Həsənov “Sehrli yaylıq”- 22.03.2000, M.Moyame “Lotereya”- 02.04.2003.

Biz və Facebook
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square
bottom of page