top of page

Növrəstə Haşımova -əməkdar artist


1972-ci ildə M.Əliyev adına ADİİ-nun “dram və kino aktyoru” fakültəsinə qəbul olunub, 1979-cu ildə həmin fakültəni bitirib. Sumqayıt teatrında 1973-cü ildən aktrisa işləyir. 1984-cü ildən A.T.X.İ.-in üzvüdür. 2000-ci ildə Respublikanın əməkdar artisti fəxri adına layiq görülüb. Teatrda işlədiyi müddətdə 50 dən çox rollar oynayıb. Onlardan: C.Cabbarlı “Solğun çiçəklər” – Sara, S.S.Axundov “Tamahkar” – Nabat, İ.Coşğun “Komsomol poeması” – Gülcamal, C.Cabbarlı “Almaz” – Yaxşı, G.Xuqayev “Elbrus evlənir” və “Arvadımın əri” – Zəritə, A.Makayonak “Tribunal” – Nadya, A.Məmmədov “Həmyerlilər” – Çoxuşaqlı ana, O.Məmmədov “Mehrişah” – Od, N.Qoqol “Müfəttiş” -Unter zabitin arvadı, Ü.Hacıbəyov “Arşın mal alan” – Telli, İ.Məlikzadə “Subaylarınızdan görəsiniz” – Gülxanım, T.Vəliyeva “Mənim ağ göyərçinim” – Alverçi qadın, G.Xuqayev “Bir köpək vardı” – Tülkü, M.İbrahimov “Yaxşı adam”- Sənəm, M.Haqverdiyev “Fədakarlıq” – Zema, A.Şaiq “Tülkü həccə gedir” – Tülkü və s.


Biz və Facebook
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square
bottom of page