top of page

Musayeva Fəranə -əməkdar artist

  • Фото автора: sumgayit69teatr
    sumgayit69teatr
  • 3 авг. 2015 г.
  • 1 мин. чтения

Musayeva Fəranə Əlimurad qızı1963-cü ildə anadan olub.

1980-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakultəsinə qəbul olunub, 1984-cü ildə oranı bitirib. 1985-ci ilin mart ayından H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrında aktrisa işləyir. Teatrın səhnəsində oynadığı rollardan – Nərgiz (C.Cabbarlı “Oqtay Eloğlu” Sevda (C.Yusifzadə “Qəbul təxirə salınır”), Zərifə (G.Xuqayev “Elbrus evlənir”), Məktəb direktoru (R.Səməndər “Dərs”), Ana (F.Məmmədov “Anasının gül balası”), Fira (Anar “Təhminə və Zaur”), Merin xanımı (A.Babayev “Kim nə deyər bizdə olan qeyrətə”), Suğra (T.Vəliyeva “Mənim ağ göyərçinim”), Senatorun xanımı (Ş.Qurbanov “Milyonçunun dilənçi oğlu”), Aqunda (G.Xuqayev “Ailə”), Xanım-sədr (A.Babayev “Xilaskar”), Zalxa (M.F.Axundov “Hekayəti xırs quldurbasan”), Reyhan (M.Haqverdiyev “Fədakarlıq”), Həvva (Ə.Əmirli “Varlı qadın”) , Qadın (Ə.Səmədli “Ölüm hökmü”) və s. göstərmək olar. Adları çəkilən rollardan F.Musayevanın geniş diapazonlu aktrisa olduğu özünü biruzə verir. 2008-ci ildə “Əməkdar artist” Fəxri adına layiq görülmüşdür.


 
 
 

Commentaires


Biz və Facebook
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square

© 2015 Sumqayıt | By Nazar

  • Wix Facebook page
  • Wix Twitter page
  • YouTube Classic
bottom of page