top of page

Süleymanov Məzahir -xalq artisti


Süleymanov Məzahir Həbullah oğlu. 1944-cü ildə anadan olmuşdur. Xalq artisti. M.Süleymanov M.A.Əliyev adına İncəsənət institutunun "Dram və kino" aktyoru fakultəsini bitirdikdən sonra , 1972-ci ildən H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında işləyir. M.Süleymanov teatra gəlişinin ilk günlərdən hal-hazıradək teatr reyissorlarının diqqətini cəlb etmiş və teatr repertuarının ağırlığını daşıyan əsas aktyorlardan biri olmuşdur. M.Süleymanov işlədiyi müddətdə 100-dən artıq müxtəlif xarakterli obrazlar oynamağa nail olmuşdur. Bu obrazların panoramasına nəzər yetirdikdə onun böyük istedada malik olması göz önünə gəlir. Fransız dramaturqu J.B.Molyerin "Skapenin kələkləri" tamaşasında Oktav, Eston dramaturqu E.Rannetin "Azmış oğul" tamaşasında Lembin, gürcü dramaturqu M.Beradzenin "Gecikən sərnişinlər üçün iki bilet" tamaşasında Budzina, Rus dramaturqu N.Qoqolun "Müfəttiş" komediyasında Bələdiyyə rəisi, M.Lermontovun "Maskarad" tamaşasında Naməlum adam, Rumın dramaturqu Karajalenin "İtirilmiş məktub" tamaşasında Taraxanake, tatar dramaturqu A.Abdulinin "13-cü sədr" tamaşasında Prokuror, türk dramaturqu N.Hikmətin "Demoklisin qılıncı" tamaşasında Arxitektor, "Bayramın birinci günü" tamaşasında Vəli əfəndi və s. göstərmək olar. Azərbaycan klassiklərindən: C.Cabbarlının "Solğun çiçəklər" əsərinin tamaşasında Axund, "Oqtay Eloğlu" tamaşasında Aslan bəy,C.Məmmədquluzadənin "Ölülər" tamaşasında Hacı Həsən ,S.Sani Axundovun "Tamahkar" tamaşasında İmran,"Vəfalı Səriyyə" tamaşasında Rüstəm, Ü.Hacıbəyovun "Arşın mal alan" tamaşasında Soltan bəy, M.F.Axundovun "Müsyo Jordan və dərviş Məstəli şah" tamaşasında Müsyo Jordan, H.Nəzərlinin "Ayıl, bax bu dünyaya" tamaşasında Abbas Səhhət, H.Cavidin "Afət" tamaşasında Qaplan, A.Şaiqin "Bir saatlıq xəlifə" tamaşasında Harun Ər Rəşid, Ə.Haqverdiyevin "Kimdir müqəssir," tamaşasında Qasım bəy və s. Obrazlar aktyorun geniş diapazonuna malik olduğunu sübut edir. Müasir dramaturgiyadan: Anarın "Adamın adamı" tamaşasında Tərs Tahir, R.İbrahimbəyovun "Park" tamaşasında Dost, V.Səmədoğlunun "Bəxt üzüyü" tamaşasında Tanrıbəy, M.Süleymanlının "Dəyirman" tamaşasında Sarı Qasım, G.Xuqayevin "Varlı ev" tamaşasında Beçir, "Qocaların məhəbbəti" tamaşasında Qadusta, Ç.Aytmatovun "Əsrə bərabər gün" tamaşasında Tansıkbəyov, S.Başbəyovun "Dəmir qadın" tamaşasında Alimjan, Şamo Arifin "Qınamayın məni" tamaşasında Həbib, T.Vəliyevanın "Mənim ağ göyərçinim" tamaşasında Əli Əmirli və s. göstərmək olar. M.Süleymanov G.Xuqayevin "Bir köpək vardı" və "Ailə" əsərlərinin tamaşalarında Çoban və Jorji, Ç.Aytmatovun "Ümid sahili" əsərinin tamaşasında Orqan baba, N.Hikmətin "Bayramın birinci günü" tamaşasında Vəli əfəndi, Yudjin Onilin "Qarağaclar altında məhəbbət" tamaşasında Kebolt, A.Babayevin "Xilaskar" tamaşasında Filosof- deputat, Əli Əmirlinin "Varlı qadın" tamaşasında - Vəkil, Ə.Haqverdiyevin "Şah" tamaşasında √ Şah, A.Şaiqin "Qaraca qız" tamaşasında Piri baba kimi samballı rolları özünəməxsus sənətkarlıqla yarada bilmişdir. M.Süleymanov "Yük" və "Yanmış körpülər" filmində Qubernator Şubinski və Səmədağa obrazlarını uğurla ifa edir. 2005-2006-cı illərdə M.Süleymanov Respublika Prezidentinin mükafatına layiq görülmüşdür. 2006-ci ildə Azərbaycan Respublikasının "Əməkdar artist" , 2008-ci ildə "Xalq artisti" fəxri adına layiq görülmüşdür.


Biz və Facebook
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square
bottom of page