top of page

Səfərli İlham

  • Фото автора: sumgayit69teatr
    sumgayit69teatr
  • 2 авг. 2015 г.
  • 1 мин. чтения

Səfərli İlham Mahmud oğlu 1958-ci il fevralin 1 də İsmayıllı rayonunuda anadan olub.1975-ci ildə Bakı şəhərində 5 nömrəli Kimya-biologiya təmayüllü məktəbi bitirib . Həmin il Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin hazırlıq şöbəsinə daxil olub.1979-cu ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinin axşam şöbəsini, 1983-88-ci illərdə isə Azərbaycan Dövlət İncəsənət Universitetinin musiqili komediya fakultəsini bitirib.1988-91-ci illər ərzində Şuşa Mədəni Maarif Texnikumunda müəlim, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrınının aktyor heyyətində çalışıb. 1991-ci ildən Sumqayıt Dövlət Musiqili Dram Teatrına dəvət olunub.

Oynadığı rollar Süleyman Ələsgərov , “Ulduz”, Möhsüm. Şıxəli Qurbanov, “Milyonçunun dilənçi oğlu”, Polis rəisi. Rəşad Nuri Güntəkin, “Dodaqdan qəlbə”, Vədat bəy. Hüseyn Cavid, “Uçurum”, Yıldırım. Cəlil Məmmədquluzadə, “Anamın kitabı”, Səməd Vahid. Georgi Xuqayev, “Qocaların məhəbbəti”, İnal. Üzeyir Hacıbəyov, “Arşın mal alan”, Süleyman. Anar,”Təhminə və Zaur”, Spartak. Cəlil Məmmədquluzadə, “Ölülər”, Mirbağır ağa, Əliqulu bəy. Aqşin Babayev, “Xilaskar”, Polis. Rafiq Səməndər, Dərs”, Cəmil. Mirzə Fətəli Axundiov, “Müsyo Jordan və Dərviş Məstəli şah”, Dərviş Məstəli şah. Əli Əmirli, “20 ildən sonra”, Səfi bəy. Əli Əmirli, “Köhnə ev”, Kamran bəy. Mirzə Fətəli Axundov, “Molla İbrahimxəlil Kimyagər”, Molla İbrahimxəlil. Əvəz Lələdağ, “Gecikmiş etiraf”, Qriqoryan.


 
 
 

Comments


Biz və Facebook
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square

© 2015 Sumqayıt | By Nazar

  • Wix Facebook page
  • Wix Twitter page
  • YouTube Classic
bottom of page