top of page

Vaqif Səmədzadə


1975-ci ildə “Mədəni-maarif” texnikumunu bitirdikdən sonra təyinatla Gəncə Dövlət Dram teatrında aktyor vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1976-1980 -cı illərdə Moskva Dövlət Mədəniyyət İnstututunda təhsil alıb. 1981-ci ildən H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında işləyir. Işlədiyi müddətdə V.Səmədzadə onlarca səhnə obrazları yatarmağa nail olmuşdur. H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında oynadığı rollar: Heydər bəy (M.F.Axundov “Tamahkar”), Zaur (A.Məmmədov “Yadındamı?”), Qonaq (H.Cavid “Afət”), Kəndli (C.Məmmədquluzadə “Ölülər”), Svistunov (Qoqol “Müfəttiş), Rüstəm (C.Cabbarlı “Oqtay Eloğlu”), Fərzəli bəy (Y.Əzimzadə “Nəsrəddin”), Keşiş (N.Həsənzadə “Bütün Şərq bilsin”), Tanaturi (L.Ustinov “Məhəbbətsiz şəhər”), Yavər (Anar “Yaxşı adam”), Qavrilov (Ə.M.Lələdağ “Gecikmiş etiraf”) və s. Oynadığı rollar:

1. İ.qasimov, H.Seyidbəyli “Nəsimi” – Hürufi 2. Ə.Mahmudov “Doğma sahillərdə” – Aşıq Həsrət 3. Ş.Ələkbərov “Qəzəlxan” – Seyid Hüzeyn 4. S.S.Axundov “Tamahkar”- Hacı Saleh 5. İ.Qasimov, H.Seyidbəyli “Uzaq sahillərdə”- Con 6. M.F.Axundov “Xırs quldurbasan”- Qaçaq 7. C.Cabbarlı “Vəfalı Səriyyə”- Axund 8. P.Pançev “Dörs əkiz”- Pyotr 9. H.Vəzirov “Yağışdan çıxdıq yağmura düşdük”- Hacı Qəmbər 10. A.Məmmədov- “Yadındamı”- Zaur 11. M.Lermantov “İki qardaş”- Qazalaq 12. H.Vəzirov “Ağakərim xan Ərdəbilli”- İskəndər 13. S.Vurğun “Komsomol poeması”- Elxan 14. C.Cabbarlı “Oqtay Eloğlu”- Rüstəm 15. Y.Əzimzadə “Nəsrəddin”- Nəsrəddin 16. M.İbrahimov “Yaxşı adam”- Yavər 17. Q.Uilyams “İstək tramvayı”- Həkim 18. N.Həsənzadə “Bütün Şərq bilsin”- Keşiş 19. Anar “Təhminə və Zaur”- Ofisiant 20. S.Mixalkov “Lovğa Dovşan”- Ata Dovşan 21. Ş.Arif “Qınamayın məni”- Kəndli 22. Anar “Qaravəlli”- Məmməd, Əskər 23. N.Qoqol “Müfəttiş”- Svistunov 24. İ.Karacale “İtirilmiş məktub”- Keşiş 25. L.Ustinov “Məhəbbətsiz şəhər” – Fannaturin 26. M.F.Axundov “Lənkəran xanın vəziri”- Ərizəçi 27. N.Qoqol “Evlənmə”- Stepan 28. Ç.Aytmatov “Əsrə bərabər gün”- Manqurtun atası 29. N.Hikmət “Bayramın birinci günü”- Asim Xoca 30. V.Səmədoğlu “Uca dağ başında”- Toyuq axtaran Kişi 31. M.Süleymanlı “Dəyirman”- Lal müştəri 32. R.Kiplinq “Öz xoşuna gəzən pişik”- At 33. Ə.Əylisli “Bir cüt bədmüşk ağacı”- Mahmud 34. V.Cəbrayılzadə “Ağ çiçək qara əlçək”- Məmməd 35. Abdulin “13-cü Sədr” – Qulam dayı 36. “Məhəbbət”- İskəndər əmi” 37. C.Məmmədov “Ayıq olun uşaqlar”- Şərxan 38. R.Səməndər “Püşk”- Qulam 39. F.Kərimzadə “Şah İsmayıl”- Sultan Səlim 40. C.Yusifzadə “Şəhər qatarı”- Milis zabiti 41. R.Səməndər “Dərs”- Heydər 42. “Məlikməmmədin yenu sərgüzəşti”- Əkinçi 43. A.Həsənoğlu “Dəfn”- Birinci keşikçi 44. Gültəkin” Hülləçi”- Saleh 45. H.Cavid “Afət”- Qonaq 46. V.Kuzemkin ”Sehrli telefon”- Kaşşey 47. Teyfiq Əl-hakimi “Karıxmış Sultan”- Tacir 48. Ə.M.Lələdağ “Gecikmiş etiraf”- Qavrilov


Biz və Facebook
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square
bottom of page