top of page

Nəsirova Ulduzə -əməkdar artist


Nəsirova Ulduzə Süleyman qızı 1956-cı ildə anadan olub.

1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun “dram və kino aktyoru” fakultəsinə qəbul olunub və 1978-ci ildə institutu bitirən U.Nəsirova təyinatla M.Davudova adına Mingəçevir Dövlət Dram teatrına göndərilib. Mingəçevir teatrında Zülfüqar Abbasovun rəhbərlik etdiyi truppada tezliklə özünə layiq yer tuta bilib. Az bir müddətdə Mingəçevir teatrının səhnəsində bir-birinin ardınca Kamilə (S.Rəhman “Toy”), Zərqələm / S.Salamzadə “Ən xoşbəxt gün”/, Hicran / C.Məmmədov “Qaçırılmış qız”/ və s. obrazları özünəməxsus ştrix və boyalarla yaradaraq tamaşaçı rəğbəti qazanıb. Onun zəhmətkeşliyi, oynadığı rollara yaradıcı münasibəti, təvazökarlığı az bir müddətdə Ulduzə xanımı Mingəçevir tamaşaçılarının sevimlisi edib. Ailə vəziyyəti ilə əlaqədar olaraq 1984-cü ildə Sumqayıt şəhərinə köçən U.Nəsirova taleyini Sumqayıt Dövlət Musiqili Darm teatrı ilə bağlayıb. Bu teatrda işlədiyi müddətdə U.Nəsirova müxtəlif səpgili, zidd xarakterli rolları ilə Mingəçevirdə olduğu kimi Sumqayıtda da sənətinin pərəstişkarlarını tapmış, onların sevimlisinə çevrilmişdir. Sumqayıt teatrında U.Nəsirova müxtəlif rejissorların quruluş verdikləri bir çox tamaşalarda yaddaqalan obrazlar yaradıb. Cahan / Ş.Arif “Qınamayın məni”/, Radayeva / A,İvaşenko “Uşağa bir üç yazın”/, Mamaça / G.Xuqayev “Varlı ev”/, Tacirin arvadı / A.Mirzə “Məlikməmmədin yeni sərgüzəştləri”/, Qadin/C.Yusifzadə “İtilgetlər”/, Aypara /C.Yusifzadə “Dağlar arxasz olmur” /, Sara / V.Səmədoğlu “Bəxt üzüyü”/, Adilə dudu /R.N.Güntəkin “Bir gecəlik ər” /, Flokeya İvanovna / N.Qoqol “Evlənmə”/, Avtodiya /N.Qoqol “müfəttiş”/, Serjantın arvadı / S.Mrojek “Təxribatçılar”/, Həbibə və Fərxundə /N.Hikmət “Bayramın birinci günü”/, Xatirə /Ə.Əylisli “Bir cüt bədmüşk ağacı”/, Ana / C.Məmmədquluzadə “Ölülər”/, Vera Serqeyevna / “Diribaş adamlar”/, Mədinə /Anar “Təhminə və Zaur”/, Səməni /İ.Məlikzadə “Subaylarınızdan görəsiniz”/, Asya və Jahan xala / Ü.Hacıbəyov “Arşın mal alan”/, Burla xatun / F.Məhərrəmov “Oğuzlar”/, Sünbül / Ə.M.Lələdağ “Qorxaq”/,Ana /Ə.M.Lələdağ “Dağlarda tufan”/, Zəhra xanım /T.Vəliyeva “Mənim ağ göyərçinim/, Qarğa / G.Xuqayev “Bir köpək vardı “/, Pikə xala / K.Kərimov “Cahargah fantaziyası”/, Şaman /Ç.Aytmatov “Ümid sahili”/, Ana / N.Dumbadze “Ağ bayraqlar”/, Nərgiz /A.Şaiq “Qaraca qız”/, Qaрı (M.Qacar “Qabanın səfəri”), Fatma / R.Əlizadə “Dadaşbala əməliyyatı/, “Ələddinin sehrli çırağı”- Ana, “Şahzadə və dilənçi” – Cenni, “Sən həmişə mənimləsən”- Xurşud xanım, “Qatil”- qonşu qadın, “Balacaboy yekəburun”- Hanna, “Qudalar”- Xədicə və s. uzunömürlülüyü ilə yanaşı həm də sevə-sevə baxılan obrazlardan sayılır. 1993-cü ildə Respublikamızda keçirilən mono-tamaşalar festivalında Çingiz Ələsgərlinin “Etiraf” adlı- mono-tragifars əsəri ilə çıxış edən U.Nəsirova həmin festivalın “Faciə ilahəsi” adına layiq görülüb.

U.Nəsirova 2003- cü ildə Prezident təqayütçüsü olub. 2008-ci ildə “əməkdar artist” Fəxri adına layiq görülüb.


Biz və Facebook
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square
bottom of page