Ağakişiyev Rauf əməkdar artist
- sumgayit69teatr
- 1 окт. 2014 г.
- 1 мин. чтения

Ağakişiyev Rauf Fikrət oğlu 1972-ci ildə anadan olub.
1993-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin “Dram və kino aktyoru” fakultəsinə qəbul olunmuş ,1997-ci ildə institutu bitirmişdir. 1992-ci ilin aprel ayından Sumqayıt teatrının aktyorudur. Oynadığı rollardan: Yari, kavril və Uzunqulaq (G.Xuqayev “Varlı ev”, “Ailə” , “Bir köpək vardı”), İmran (S.S.Axundov “Tamahkar), Sərkərdə (F.Kərimzadə “Şah İsmayıl”), Karapet, Qazı və Naçalnik (C.Məmmədquluzadə “ Danabaş kəndinin əhvalatları”), Mahir (Ə.M.Lələdağ “Qorxaq”), Fəqan(İ.Məlikzadə “Subaylarınızdan görəsinz”), Hacı Əhməd (C.Cabbarlı “Almaz”), Ədalət (İ.Məlikzadə “Gəl qohum olaq”), İlqar (Ə.Qiyas “Qarışqa yuvası”), Kazım bəy və Teymur (Ə.M.Lələdağ “Dağlarda tufan”), Ebin (Y.Onil “Qarağaclar altında məhəbbət”), Ədalət (A.Babayev “Xilaskar”), Əmrayın (Ç.Aytmatov “Ümid sahili”). Polis rəisi (F.Mustafa “Əqrəb bürcü”), Zabil (Ə.Qiyas “Cəhənnəm ekspressi”), Rasim (M.Haqverdiyev “Əqrəb bürcü”), Dominik (M.Mayome “Lotoreya”), Saleh (Ç.Məmmədov “Kişi”), Baş vəzir (Anar “Yaxşı padşahın nağılı”), Əlvan (Ə.Əmirli “Varlı qadın”), Devdiraini (N.Dumbadze “Ağ bayraqlar”), Bəy (A.Şaiq “Qaraca qız”), Keys (C.Qolsuorsi “Birincilər və conuncular”), Fikrət (M.Atəş “Şərəfin sandığı”) “Tələ”- Şərəfxan, “20 ildən sonra”- Otello, “Sən həmişə mənimləsən”- Həsənzadə və s. göstərmək olar. R.Ağakişiyev teatrdakı işi ilə yanaşı bir çox televiziya filmlərində və “Lider” telekanalının “Özümüz” proqramında da çəkilmişdir. 2004-cü ildə “Tərəqqi” medalına layiq görülmüşdür. 2014-cü ildə “Əməkdar artist” Fəxri adına layiq görülmüşdür.
Comments