Yusifov Möhdasim
- sumgayit69teatr
- 26 мая 2014 г.
- 1 мин. чтения

Yusifov Möhdasim Seyidəzim oğlu 1950-ci ildə anadan olub.
1972-78-ci illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filormoniyasında və Dövlət konsert birliyində solist-xanəndə, 1978-1994-cü illərdə isə Sumqayıt şəhər mədəniyyət evində “Gənclik” Xalq kollektivinin rəhbəri vəzifəsində çalışıb.
1994-cü ildən H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrın vokal aktyoru kimi dəvət olunub.
Oynadığı rollar: Kəndli (C.Məmmədquluzadə “Danabaş kəndinin əhvalatları”), Buğac (F.Məhərrəmov “Oğuzlar”), Polis (İ.Məlikzadə “Subaylarınızdan görəsiniz”), Aşıq Əlimərdan (Ə.M.Lələdağ “Tələ”), Qaçqın xəstə (Y.Həşimov “Həkimlər nobata gedir”), Aşbaz (F.Həsənqızı “Anası opməyən qız”), Saray müğənnisi (M.Haqverdiyev “Xacə şah”), Namaz (M.F. Axundov “Xırs quldurbasan”), Nəzarətçi (N.Dumbadze “Ağ bayraqlar”), Cangüdən (M.Haqverdiyev “Fədakarlıq”), Əkbər bəy (Ə.M.Lələdağ ”Dağlarda tufan”), IV Deputat (A.Babayev “Xilaskar”), Asmim Xoca (N.Hikmət “Bayramın birinci günü”), Dilənçi (Ə.Əmirli “Varlı qadın”), Qaban (M.Qacar “Qabanın səfəri”) Çoban (C.Məmmədquluzadə “Anamın kitabı”), Müəzzin (Teyfiq Əl-Hakimi “Karıxmış sultan”) və s.
Comentários