Yeganə Məmmədvəliyeva
- sumgayit69teatr
- 28 мар. 2014 г.
- 1 мин. чтения

Yeganə Mikayıl qızı Məmmədvəliyeva1969-cu ildə anadan olub.
1987-ci ildə M.Əliyev adına ADİİ-nin “Mədəni maarif işçisi” fakultəsinə qəbul olunub,1991-ci ildə həmin fakultəni bitirərək 1991-ci ildə Sumqayıt teatrına gəlib.Sumqayıt teatrında 10 dan çox rol oynayıb .Oynadığı rollar : R.Səməndər “Dərs” – Sevda, O.Kolçinskaya “Tramvayı kim oğurlayıb” Dovşan M.F.Axundov “Müsyo Jordan və dərviş Məstəlişah”- Əcinə, M.İbrahimov “Yaxşı adam” -Töhrə, M.Haqverdiyev “Fədakarlıq”-Səbinə, A.Şaiq “Tülkü həccə gedir” -Baş Xoruz, Y.Onil “Qarağaclar altında məhəbbət”-Qonşu qız, T.Vəliyeva “Mənim ağ göyərçinim”- Xədicə, A.Babayev “Xilskar”- Müsavatçı, Ə.Əmirli “Varlı qadın”- Şən qız, A.Şaiq “Qaraca qız “ Qönçə və Ağcaxanım, Fernando Arrobal “Fando və Lis” – Lis, M.Atəş “Şərəfin sandığı” – Gəlin və s.
Y.Məmmədvəliyeva habelə teatrda hazırlanan bir çox tamaşalarda balet səhnələrdə çıxış edib.
Commentaires