Yalçın Səlimov
- sumgayit69teatr
- 26 янв. 2012 г.
- 1 мин. чтения

Yalçın Üzeyir oğlu Səlimov 1 iyul 1973-cü ildə Lənkəranda doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivi rejissorluğu fakültəsini bitirib.(1991-1996).Sumqayıt teatrında 1996-cı ildən aktyordur. Yaradıcılıq bioqrafiyasında yer tutan əsas rolları aşağıdakılardır:
Malış,”Kim nə deyər bizdə olan qeyrətə”, A.Babayev.
Həşim, “Xilaskar”, A.Babayev.
Vahab, “Dağlarda tufan”, Əvəz Məhmud Lələdağ.
Jandarm, “Müsyo Jordan və Dərviş Məstəli şah”, M.F.Axundzadə.
Tarverdi, “Xırs quldurbasan”, M.F.Axundzadə.
Aqil və Mamedik, “Mənim ağ göyərçinim”, Tamara Vəliyeva.
Firuz, “Bir köpək vardı”, Georgi Xuqayev.
Rüstəm, “Bayramın birinci günü”, Nazim Hikmət.
Doktor, “Qaraca qız”, A.Şaiq.
Eldar “Nakam arzulr”, Rəvan Tohidoğlu.
Çingiz, “Dadaşbala əməliyyatı”, Rəhman Əlizadə.
Dilmanc, “Danabaş kəndinin əhvalatları”, C.Məmmədquluzadə.
Eynəkli, “Milyonçunun dilənçi oğlu”,Şıxəli Qurbanov.
Polis, “Birincilər və sonuncular”, Con Qolsuorsi.
İzzət, “Ana”, H.Cavid.
Qarakişi, “Gəl qohum olaq”, İsi Məlikzadə.
Qara qasid, “Şah”, Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” faciəsinin əsasında işləyəni Vaqif İbrahimoğlu.
Yeynək, “Oğuzlar”, “Dədəm Qorqudun kitabı” dastanının motivləri əsasında işləyəni Firudin Məhərrəmov.
Yalçın Səlimov çevik səhnə plastikasına malikdir. Milli xalq oyunlarının yumorundan məharətlə bəhrələnir. Təbii yumoru, canlı satirası duyğusu vardır.
コメント