top of page

Mehdiyev Oktay

  • Фото автора: sumgayit69teatr
    sumgayit69teatr
  • 2 нояб. 2012 г.
  • 1 мин. чтения

Mehdiyev Oktay Nüsrət oğlu 22.10.1976-cı ildə anadan olub.

1994-cü ildə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “dram və kino aktyoru” fakültəsinə qəbul olunmuş, 1998-ci ildə oranı bitirmişdir.

1999-cu ildən hal-hazıradək Sumqayıt Dövlət Dram teatrında aktyor işləyir. Diplom işi olaraq Akademik Milli Dram teatrında hazırlanan “Şadlıq sorağında” (V.Rozov) tamaşasında baş rolun ifaçısı olmuşdur.

Sumqayıt teatrında oynadığı rollardan Bəhruz (T.Vəliyeva “Mənim ağ göyərçinim”), Talıb (Ə.M.Lələdağ “Tələ”), Vəliqulu (C.Məmmədquluzadə “Danabaş kəndinin əhvalatları”), Göstəbək (G.Xuqayev “Bir köpək vardı”), Təkgöz ( K.Həsənov “Sehrli yaylıq”), Birinci xidmətçi (Ş.Qurbanov “Milyonçunun dilənçi oğlu”), narkoman (Y.Həşimov “Həkimlər nobata gedir”), Teymur (Ə.M.Lələdağ “Dağlarda tufan”), Şair (Anar “Yaxşı padşahın nağılı”), Qozbel (Ə.Əmirli “Varlı qadın”), və s. göstərmək olar.


 
 
 

Comments


Biz və Facebook
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square

© 2015 Sumqayıt | By Nazar

  • Wix Facebook page
  • Wix Twitter page
  • YouTube Classic
bottom of page