Məmmədov Cəlal
- sumgayit69teatr
- 6 янв. 2012 г.
- 1 мин. чтения

Məmmədov Cəlal Qurban Oglu 1979 –cu ildə anadan olub.
1996-cı ildə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram və kino aktyoru” fakultəsinə qəbul olunmuş, 2001-ci ildə oranı bitirmişdir. 1999-cu ildən bu günə kimi H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktyor işləyir. Teatrda işlədiyi dövrdə oynadığı rollardan :Vəliqulu (C. Məmmədquluzadə “Danabaş kəndinin əhvalatları “), Əkizlər (P.Pançev “Əkizlər”), Uruz (F.Məhərrəmov “Oğuzlar”), Əkbər bəy (Ə.M.Lələdağ “ Daglarda Tufan”), Firuz bəy (N.Hikmət “Bayramın birici günü “), Gənc şair (A.Babayev “Xilaskar”), Saray əyyanı (Zeynal Xəlil “Balqabaq padşahının nağılı”), Elmar (M.Haqverdiyev “Fədakarlıq”), Fermer (Y.Onil “Qaragaclar altında məhəbbət”), Bəşir (B.Mirzəzadə “Qudalar”), Qara (Ə.Əmirli “Varlı qadın”), Zaza (N.Dumbadze “Ağ bayraqlar” ), Ucal (M.Haqverdiyev “Məhəbbət şeytan və ağ ölüm”) Sultan (Teyfiq Əl-hakimi “Karıxmış sultan”), Səməd Vahid (C.Məmmədquluzadə “Anamın kitabı”) və s.göstərmək olar
Comentários