top of page

Rüstəmov Dağlar

  • Фото автора: sumgayit69teatr
    sumgayit69teatr
  • 23 янв. 2012 г.
  • 1 мин. чтения

Rüstəmov Dağlar Dahad oğlu 1958-ci ildə anadan olub. Dağlar Rüstəmov 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin “Teatr kollektivinin rəhbəri” fakultəsinə qəbul olunub və 1992-ci ildə oranı bitirib. 24 noyabr 1996-ci ildən Sumqayıt teatrında aktyor işləyir. Teatrda işlədiyi dövrdə D.Rüstəmov onlarla müxtəlif xarakterli obrazlar yaratmışdır. Oynadığı rollaradan Dilənçi, Deputat (A.Babayev “Kim nə deyər bizdə olan qeyrətə” və “Xilaskar”), Məsi Killer (Ə.Qiyas “Qarışqa yuvası” və “Cəhənnəm ekspresi), Qara, Rejissor, Sarkis (Ə.M.Lələdağ “Tələ”, “Qorxaq” və Dağlarda tufan”), Qəzetsatan (Ş.Qurbanov “Milyonçunun dilənçi oğlu”),Mıqqı (C.Məmmədquluzadə, ”Danabaş kəndinin əhvalatları”), Tuzar (G.Xuqayev “Bir köpək vardı”), Orxan (T.Vəliyeva “Mənim ağ göyərçinim”), Nağı (M.İbrahimov”Yaxşı adam”), Padşah (Anar “Yaxşı padşahın nağılı”),Baş vəzir (F.Həsənqızı “Anası öpməyən qız”), Seyfi Camal (İ.Məlikzadə “Subaylarınızdan görəsiniz” və “Gəl qohum olaq”), Milqum (Ç.Aytmatov “Ümid sahili”), Uzunqulaq (L.Ustinov “Cəsur qurbağa”), Natiq (M.Haqverdiyev “Fədakarlıq”), Padşah (Z.Xəlil “Balqabaq padşahının nağılı”), Nəcəf (M.F.Axundov “Hekayəti xırs quldurbasan”), Dəmirçi (M.Müşfiq “Şəngülüm , Şüngülüm, Məngülüm”), Komisar və Əbdüləli bəy ( N.Hikmət “Bayramın birinci günü”), Mehburaşvili (N.Dumbadze “ Ağ Bayraqlar”), Dilənci (Ə.Əmirli”Varlı qadın”) Oruc (A.Şaiq “ Qaraca qız”), Qurd (M.Qacar “Qabanın səfəri”) və s.göstərmək olar.D.Rustəmov “Yük” filmində tanınmış komik aktyorumuz Cahangir Zeynalovun obrazını özünəməxsus ştrixlərlə yarada bilmişdir. Bundan əlavə o, E.Quliyevin “Qapı” filmində Milis Kapitanı, AzTV- nin çəkilişi olan “Lal” bədii televiziya filmində Kor kamançası , “Murad bağı” –nda Canlı və Yanmış körpülər” teleserialında Vahid rollarınıda oynamışdır

a


 
 
 

Commentaires


Biz və Facebook
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square

© 2015 Sumqayıt | By Nazar

  • Wix Facebook page
  • Wix Twitter page
  • YouTube Classic
bottom of page