top of page

İbrahimov İlqar

  • Фото автора: sumgayit69teatr
    sumgayit69teatr
  • 18 янв. 2012 г.
  • 1 мин. чтения

İbrahimov İlqar Cəmil oğlu 1959-cu ildə anadan olub.

1981-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin “dram və kino aktyoru” fakultəsinə qəbul olunmuş,1985-ci ildə inusrutu bitirmişdi.

1978-1981-ci illərdə Sumqayıt teatrında rejissor köməkçisi vəzifəsində işləyib. 1985-1996-cı illərdə Mingəçevir teatrında aktyor işləyib.2001-ci ildən yenidən H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktyor işləyir.

Sumqayıt teatrında oynadığı rollar: Əli (İ.İbrahimov “Yaxşı adam”), Klud (M.Moyame “Lotoreya”), Zakir (M.Haqverdiyev “Fədakarlıq”), Bələdçi (Ə.Qiyas “Cəhənnəm ekspressi”), Fok (M.F.Axundov “Hekayəti xırs quldurbasan”), Cuci (G.Xuqayev “Ailə”), Camal (İ.Məlikzadə “Gəl qohum olaq”), Sarı Qarayev (Əli Əmirli “Varlı qadın”), Vəzir (Anar “Yaxşı padşahın nağılı”), Deputat-Şair (A.Babayev “Xilaskar”), Nəzarətçi (N.Dumbadze “Ağ bayraqlar”), Əlləz (A.Şaiq “Qaraca qız”), Səbzəli (M.Haqverdiyev “Ağ ölüm”), Mitaro (F.Arrabal “Fando və Lis”), Sensor (C.Məmmədquluzadə “Anamın kitabı”), Vəzir (Teyfiiq Əl-hakimi ”Karıxmış sultan”), Boran (F.Mustafa “Qarışqa yuvası”), Kişi (Ə.Səmədli “Ölüm hökmü”)ata(Vicdanın hökmü) polis (Qatil.Elçin Ə.),şah (Üç qardaş), Əliş məllim(Narkoman), Sarı Qarayev(Varlı qadın) və s. 25.09.2008-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.


 
 
 

댓글


Biz və Facebook
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square

© 2015 Sumqayıt | By Nazar

  • Wix Facebook page
  • Wix Twitter page
  • YouTube Classic
bottom of page