Kazımov Fuad
- sumgayit69teatr
- 6 дек. 2011 г.
- 1 мин. чтения

Kazımov Fuad Möhübbət oğlu 1972- ci ildə anadan olub. 1990-cı ildə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “mədəni-maarıf” fakultəsinə qəbul olunub. 1996-cı ildən Gürcüstan Respublikasının Bolnisi şəhər mədəniyyət evində bədii rəhbər işləyib. 2001-ci ildən H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktyor kimifəaliyyət göstərir. Oynadığı rollar: Tağı (M.İbrahimov “Yaxşı adam”), Carçı (Anar “Yaxşı padşahın nağılı”), Dode Lopelyan (M.Moyame “Lotoreya”), Elmar (M.Haqverdiyev “Fədakarlıq”), Vəli (M.F.Axundov (Hekayəti xırs quldurbasan”), Çil-çil beçə ( A.Şaiq “Tülkü həccə gedir”), Murad (H.Cavid “Ana”), Operator (Ə.Əmirli “Varlı qadın”), Məhbus (N.Dumbadze “Ağ bayraqlar”), Qaraçı (A.Şaiq “Qaraca qız”), Cücə (M.Qacar “Qabanın səfəri”), Sarı məxluq (R.Əlizadə “Dadaşbala əməliyyatı”), Vəlif (Y.Əzimzadə ”Nəsrəddin”) , Azər (F.Məhərrəmov “Şərxanın şər oyunu”), və s. misal gətirmək olar.
Comments