Əsgərov Rövşən
- sumgayit69teatr
- 31 янв. 2010 г.
- 1 мин. чтения

Əsgərov Rövşən İsmayıl oğlu 1974-cü ildə anadan olub.
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrına işə qəbul olunmamışdan əvvəl uzun müddət Xalq teatrının həvəskar aktyoru olub. 2003-cü ildən Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktyor işləyir. Oynadığı rollar: Kərim (M.F.Axundov “Hekayəti xırs quldurbasan”), Fikrət (M.Haqverdiyev “Fədakarlıq”), Oğlan (F.Mustafa “Əqrəb bürcü”), II Oğlan (Y.Onil “Qarağaclar altında məhəbbət”), Çal Xoruz (A.Şaiq “Tülkü həccə gedir”), Həsənalı (Ə.M.Lələdağ “Dağlarda tufan”), Təzə məhbus (N.Dumbadze “Ağ bayraqlar”), Ləzgi H.Cavid “Ana”), Bəhruz (T.Vəliyeva “Mənim ağ göyərçinim”), Carçı (Z.Xəlil “Balqabaq padşahın nağılı”), Fotoqrof (Ə.Əmirli “Varlı qadın”), II Polis (A.Babyev “Xilaskar”), Həkim (A.Şaiq “Qaraca qız”), Porsuq (M.Qacar “Qabanın səfəri”) Rüstəm bəy (C.Məmmədquluzadə “Anamın kitabı”), Vəzir (Y.Əzimzadə “Nəsrəddin”), Ağ Qasid (Ə.Haqverdiyev “Şah”), Naməlum adam (T.Əl-Hakimi “Karıxmış sultan”) və s.
Comentarios