top of page

Süleymanova Xatirə

  • Фото автора: sumgayit69teatr
    sumgayit69teatr
  • 29 янв. 2010 г.
  • 1 мин. чтения

Süleymanova Xatirə Bəylər qızı 1970-ci ildə anadan olmuşdur.

1989-cu ildə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr kollektivinin rəhbəri” şöbəsinə qəbul olunub. 1994-cü ildə oranı bitirmişdir. 1994-96-cı illərdə Sumqayıt şəhər 11 saylı məktəbin “Uşaqlar birliyi təşkilatı” birliyinin rəhbəri, 1996-2002-ci illərdə Uşaq və Yeniyetmələrin Bədii şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2005-ci ilin yanvar ayından H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktrisa işləyir. Teatrda işlədiyi dövrdə Abbi (Y.Onilin “Qarağaclar altında məhəbbət”) Zaqs müdiri (Ə.Əmirli “Varlı qadın”), Katya (B.Mirzəzadə “Qudalar”), Nunu (N.Dumbadze “Ağ bayraqlar”), Qaraçı qadın və Yasəmən (A.Şaiq “Qaraca qız”), Ana (A.Babayevin “Xilaskar”), Zülfiyyə (R.Tohidoğlu “Nakam arzular”), Gəlin (M.Atəş “Şərəfin sandığı”), Zivər xanım (C.Məmmədquluzadə “Anamın kitabı”), Böyük qız (Ə.Səmədli “Ölüm hökmü”) kimi rollar oynayıb.


 
 
 

Kommentarer


Biz və Facebook
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square

© 2015 Sumqayıt | By Nazar

  • Wix Facebook page
  • Wix Twitter page
  • YouTube Classic
bottom of page