İradə Zeynalova
- sumgayit69teatr
- 25 янв. 2010 г.
- 1 мин. чтения

İradə Eyyub qızı Zeynalova 23 yanvar 1968-ci ildə Qəbələ rayonunun Soltan Nuxa kəndində doğulub. Orta məktəbi 1985-ci ildə bitirib. İki il kənd orta məktəbində kitabxanada işləyib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyorluğu fakültəsini bitirib.(1987-1991).Əvvəlcə Fizuli Dövlət Dram Teatrında çalışıb.(2 oktyabr 2000-ci ildən 7 noyabr 2003-cü ilədək).Sumqayıt teatrında 14 yanvar 2005-ci ildən işləyir.Sumqayıt teatrında ifa etdiyi əsas rollar:
Həbibə. “Bayramın birinci günü”, Nazim Hikmət. Yetər. “Qaraca qız”, Abdulla Şaiq. Anaş toyuq. “Qabanın səfəri”, Mərkəz Qacar. Püstə. “Dadaşbala əməliyyat”, Rəvan Əlizadə. Aynaz.”Nakam arzular”, Rəvan Tohidoğlu. Şəhid anası. “Varlı qadın”, Əli Əmirli. Gülcamal. “Qudalar” Böyükağa Mirzəzadə. Tükəz. “Nəsrəddin”, Yusif Əzimzadə.
Aktrisa Fizuli teatrında Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” (Sona), Nəcəf bəy Vəzirovun “Ağa Kərim xan Ərdəbili” (Züleyxa xanım), “Sonrakı peşmançılıq fayda verməz” (Səlminaz xanım),”Hacı Qəmbər”(Cəvahir xanım), Mar Bayciyevin “Duel” (tibb bacısı), Əli Əmirlinin “Varlı qadın”(Jurnalist) əsərlərinin tamaşalarında çıxış edib
Comments